Azərbaycan klubu Ərzurumda Superliqa təmsilçisi ilə oynayacaq
“Səbail”in 2024/2025-ci illər mövsümü üçün yay hazırlıq planı bəlli olub.
Mediasport.az xəbər verir ki, Şahin Diniyevin rəhbərliyi altında iyunun 27-də bir araya gələcək komanda iyulun 3-nə qədər məşqlərini Bakıda keçəcək.
“Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.
Ərzurumda baş tutacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq.
Bayıl təmsilçisi iyulun 11-də 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə Superliqası klubu “Hatayspor”la qarışlaşacaq.
Sonucu rəqib və oyunların başlama vaxtı hələ müəyyənləşməyib.
Komandanın Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.