"Bu bizdən asılıdır, vəziyyəti düzəltməyə çalışacağıq"

"Bu bizdən asılıdır, vəziyyəti düzəltməyə çalışacağıq"

"Mövsümdən sonra oyunçularda yorğunluq var. Bu, əlbəttə ki, bəhanə deyil, amma çətinlik yaradan faktordur".

Mediasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Andrey Vasilenko deyib.

Yığmamızın üzvü Qızıl Avropa Liqasında Ukraynaya 0:3 hesabı ilə məğlubiyyəti şərh edib:

"Setdən-setə oyunumuz inkişaf edir və sonluğu daha yaxşı gətiririk. Lakin qələbə üçün nəsə çatmır, bu isə bizdən asılıdır. Çalışıb vəziyyəti düzəltməyə çalışacağıq".

Hücumçu növbəti oyunların daha çətin olacağını bildirib:

"Çünki heyətdə yeni voleybolçularımız var və onlar Bakıda ilk dəfə oynadılar. Lakin artıq rəqiblər komandamızın qarşılaşmasını analiz edəcəklər. Bununla belə, biz də oyun səviyyəmizi artırırıq və daha yaxşı oynayacağımıza inanıram. Bu iki oyun bizə uyğunlaşmaq üçün kömək oldu, çünki iki ildir ki, bir yerdə oynamırdıq. Son oyunlarda daha yaxşı nəticə göstərə biləcəyimizi düşünürəm".

Xatırladaq ki, voleybolçularımız ilk matçda Rumıniya millisinə də "quru hesabla" uduzublar - 0:3.