Son Azərbaycan çempionu uduzdu

Son Azərbaycan çempionu uduzdu

Voleybol üzrə ölkə kubokuna start verilir.

Mediasport.az xəbər verir ki, qadınların mübarizəsində A qrupunda son Azərbaycan çempionu "Azərreyl" "Gəncə"yə uduzub.

B qrupunda "Abşeron" turu qələbə ilə yekunlaşdırıb.

Bu gün kişilərin yarışında "Gənclər" "Neftçi" ilə, "Xilasedici" "Murov AzTerminal"la üz-üzə gələcək.

Azərbaycan Kuboku. Kişilərin mübarizəsi

26 oktyabr

A qrupu

16:00 "Gənclər" - "Neftçi"

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

B qrupu

16:00 "Xilasedici" - "Murov Az Terminal"

Fövqaladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzi.