Nihad Əhmədzadə cari mövsüm Premyer Liqanın tarixinə düşdü

Nihad Əhmədzadə cari mövsüm Premyer Liqanın tarixinə düşdü

Azərbaycan Premyer Liqasının XVII turunda "Səbail"lə oyun "Sumqayıt"ın futbolçusu Nihad Əhmədzadə üçün əlamətdar olub.

mediasport.az xəbər verir ki, klub akademiyasının yetirməsi 16 yaş 144 günlüyündə meydana çıxmaqla çempionatda debüt edib.

80-ci dəqiqədə Todor Todoroskini əvəzləyən yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc oyunçu ünvanına sahib çıxıb.

Qarşılaşma "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə bitib.