Millimizin sabiq futbolçuları "Qarabağ"da məşqçi təyin edildilər

Millimizin sabiq futbolçuları "Qarabağ"da məşqçi təyin edildilər

"Qarabağ" Futbol Klubunun akademiyasında yeni məşqçi təyinatları reallaşıb.

Mediasport.az xəbər verir ki, Aftandil Hacıyevin koordinatorluğa gəlişi ilə ciddi canlanmanın şahidi olduğumuz futbol məktəbində 11 yaş qrupu üzrə yeni baş məşqçi işə başlayıb.

Ötən mövsüm Premyer Liqada "Şamaxı"nın baş məşqçisi olmuş "Pro" kateqoriyalı Vüqar Əsgərli Ağdam klubunun U-19 komandasını çalışdıracaq.

Azərbaycan milli komandası və "köhlən atlılar"ın sabiq yarımmüdafiəçisi, məşqçiliyə yeni başlayan Rəşad Sadiqova U-17, Rauf Əliyevə isə U-15 həvalə olunub.

Həmçinin, Asif Əlizadə U-16, Samir Musayev U-14, Elşad Xudadatov U-13, Vüsal Rüstəmov U-12, Eldəniz Qiyasov U-11, Şöhrət Yusifov U-10, Elton Xudadatov U-9 və Fərid Haqverdiyev U-8-ə cavabdehlik daşıyacaq.