Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılacaq

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılacaq

30 sentyabrda Azərbaycan Kubokunun 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

Mediasport.az xəbər verir ki, tədbir 15:00-da start götürəcək və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Turnirdə Azərbaycan Premyer Liqası, 1-ci Liqa və 2-ci Liqanın bütün klubları iştirak edəcəklər.