Mahir Emrelinin zədəsi sağaldı
Futbol üzrə Azərbaycan milli komandası və "Konyaspor" klubunun hücumçusu Mahir Emrelinin zədəsi sağalıb.
mediasport.az xəbər verir ki, 26 yaşlı forvard artıq bərpa dönəmini geridə qoyub.
Türkiyə Super Liqasının 26-cı turunun “Qalatasaray”la ev oyununda zədələndiyi üçün yığmamızın "Avro-2024" seçmə mərhələ görüşlərini buraxan Mahir fiziki çalışmaları yekunlaşdırıb. Bugünlərdə kollektiv məşqlərə başlayacaq. Klubun yaydığı məlumata görə, Emreli aprelin 2-də səfərdə keçiriləcək “Ümraniyəspor”la matça hazır olacaq.