Azərbaycan millilərinin baş məşqçiləri müəyyənləşəcək - Gəncədə MÜHÜM TOPLANTI

Azərbaycan millilərinin baş məşqçiləri müəyyənləşəcək - Gəncədə MÜHÜM TOPLANTI

Sabah Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Mediasport.az xəbər verir ki, saat 14:30-da başlanacaq toplantının gündəliyinə bir neçə məsələ daxil edilib.

Bunlar AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi, aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla) və digər məsələlərdir.