"Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi - Çempionlar Liqası

"Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi - Çempionlar Liqası

2023/2024-cü illər mövsümündə Azərbaycanı futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ”ın I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

mediasport.az xəbər verir ki, ölkə çempionu mübarizəyə “səpələnmişlər” səbətindən başlayacaq.

Ağdam təmsilçisi əvvəlki illərdə olduğu kimi, Ermənistan klubları ilə qarşılaşa bilməyəcək.

ÇL-in püşkatma mərasimi iyunun 20-də keçiriləcək. I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab matçları 18-19-da baş tutacaq. “Qarabağ” bu mərhələni keçsə, 2-ci mərhələdə də “səpələnmişlər” səbətində yer alacaq.


Çempionlar Liqası. I təsnifat mərhələsi. Səpələnmişlər səbəti

“Linkoln Red İmps” (Cəbəllütariq)

“Klaksvik” (Farer adaları)

“Dinamo” (Tbilisi, Gürcüstan)

“Rakuv” (Polşa)

“Partizani” (Albaniya)

“Hakken” (İsveç)

“Farul”(Rumıniya)

“Valmiera” (Latviya)

“Balkani” (Kosovo)

“Larne” (Şimali İrlandiya)

“Hamrun” (Malta)

“Svift” (Lüksemburq)

“Struqa” (Şimali Makedoniya)


Dörd komandanın iştirakı ilə keçiriləcək ilkin mərhələnin qalibi;

“Buduçnost” (Monteneqro)

“Breydablik” (İslandiya)

“Tre Penne” (San Marino) 

 “Atletik” (Andorra)