Azərbaycan millisinin üzvü yenidən Qazaxıstanda oynayacaq - RƏSMİ

Azərbaycan millisinin üzvü yenidən Qazaxıstanda oynayacaq - RƏSMİ

Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynlinin yeni komandası müəyyənləşib.

Mediasport.az xəbər verir ki, təcrübəli qolkiper yenidən Qazaxıstanda forma geyinəcək.

Bugünlərdə Qazaxıstanın "Atırau" klubundan ayrılan Hüseynli "Astana" ilə anlaşıb.

O bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Karyeramda növbəti səhifə, yeni klub ve böyük hədəflər! Gələcək mövsüm yenidən Qazaxıstan çempionatında oynayacam və “Astana” klubunun uğurları üçün çalışacam.

Vətənimi, bayrağımı, ölkəm Azərbaycanı layiqincə təmsil etmək fəxrdir ! Qürur duyuram!"

Qeyd edək ki, ötən mövsüm 3 qolla qapıçılar arasında bombardirlər cədvəlində yer almış Rövşən ilin rəmzi komandasına düşüb.