"Sumqayıt"ın Konfrans Liqası matçlarının saatları açıqlandı

"Sumqayıt"ın Konfrans Liqası matçlarının saatları açıqlandı

Azərbaycanı yeni mövsümdə Avropa Konfrans Liqasında təmsil edəcək "Sumqayıt"ın 2-ci təsnifat mərhələsində Macarıstanın “Fehervar” klubu ilə görüşlərinin başlanma saatları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, komandalar arasında ilk oyun iyulun 25-də Sumqayıtda keçiriləcək və saat 20:00-da start götürəcək.

Cavab qarşılaşması iyulun 31-də Sekeşfehvarda reallaşacaq və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.