Çempion "Abşeron"a "quru hesab"la uduzub, "Gəncə"dən sürpriz qələbə

Çempion "Abşeron"a "quru hesab"la uduzub, "Gəncə"dən sürpriz qələbə

Qadın voleybolçuların Yüksək Liqasında 15-ci turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, tur "Azərreyl"in gözlənilməz məğlubiyyəti və "Gəncə"nin sürpriz qələbəsilə yadda qalıb.

Son çempion və turnir cədvəlinin hazırkı lideri "dəmiryolçular" doğma meydanda “Abşeron”a "quru hesab"la uduzublar - 0:3.

Gəncə təmsilçisi "Murov Az Terminal"dan üstün olub. Qərblilər də "quru hesab"lı qələbəyə seviniblər - 3:0.

“Milli Aviasiya Akademiyası” da UNEC-ə eyni hesabla qalib gəlib (3:0).