"Neftçi"dən ayrılan vinger Superliqa klubu ilə 6 aylıq müqavilə bağladı
!["Neftçi"dən ayrılan vinger Superliqa klubu ilə 6 aylıq müqavilə bağladı](https://mediasport.az/uploads/images/202502/image_750x_67a49a736f7a1.jpg)
Qış fasiləsində "Neftçi"dən ayrılan Kilan Lebonun yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 27 yaşlı vinger karyerasını Yunanıstanda davam etdirəcək.
Sent Martin millisinin üzvü Superliqa təmsilçisi "Kalitea" ilə müqavilə bağlayıb.
Anlaşma cari mövsümün sonunadək nəzərdə tutulub.
Afinalılar hazırda 14 komandalı çempionatda 15 xalla 13-cü pillədə qərarlaşıblar.
Lebon 2023-cü ilin yanvarından "Neftçi"nin heyətində 62 oyun keçirib, 5 qol vurub.