"Bayer" nəhəng klubdur, lakin qələbə qazanmağa çalışacağıq"

"Bayer" nəhəng klubdur, lakin qələbə qazanmağa çalışacağıq"

"Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao Braziliya mətbuatına açıqlama verib.

Mediasport.az xəbər verir ki, braziliyalı futbolçu Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlamasına diqqət çəkib.

Romao startın uğurlu olmasının əhəmiyyətini qeyd edib:

"Qələbə ilə başlamaq çox vacib idi. Bu, gələcəkdə bizə kömək edəcək. Belə davam etməliyik. Qrupumuzda "Bayer" nəhəng klubdur, lakin evimizdə qələbə qazanmağa çalışacağıq. Buna nail olmaq üçün bacarıqlı və keyfiyyətli komandamız var. Avroliqa xüsusi turnirdir, hər oyunçu meydanda olmaq istəyir".

"Qarabağ" ilk matçda "Molde"ni (Norveç) 1:0 hesabıyla məğlub edib. "Atlılar" növbəti görüşünü oktyabrın 5-də İsveçdə "Hekken"ə qarşı keçirəcəklər.