"Azərbaycanda futbolçulara deyirdim ki, niyə yalandan yerə yıxılırsız?"
"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Azərbaycandakı günlərini xatırlayıb.
mediasport.az xəbər verir ki, ölkəmizdə çalışdığı dönəmi yada salan 75 yaşlı mütəxəssis maraqlı fikirləri ilə diqqəti çəkib.
O, DÇ-2022-də hakimlərin oyunlara daha çox dəqiqə əlavə etməsi ilə bağlı suala belə cavab verib: "Azərbaycanda işləyəndə itirilən vaxtı hesablayırdım. Yaxşı yadımdadır, futbolçular hər toqquşmada yerə yıxılırdılar. Bəzi oyunlarda əsas vaxta 10 deyil, hətta 15 dəqiqə əlavə etmək lazım idi. Onlara deyirdim ki, niyə hər toqquşmadan sonra yalandan yerə yıxılırsınız? Belədə futbolun dinamikası ölür".
Veteran məşqçi "Qəbələ"yə 2013/2014-cü illər mövsümündə rəhbərlik edib.