Azərbaycanın hakimləri ilk dəfə 1-ci kateqoriyaya layiq görüldülər

 Azərbaycanın hakimləri ilk dəfə 1-ci kateqoriyaya layiq görüldülər

Azərbaycanın bədii gimnastika üzrə hakimləri tarixdə ilk dəfə 1-ci kateqoriyaya layiq görülüblər.

Mediasport.az xəbər verir ki, ədalət təmsilçiləri İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstəriblər.

Nigar Abdusalimova fərdi proqramda 1, qrup hərəkətlərində 2-ci kateqoriyaya yiyələnib.

Yevgeniya Vilyayeva qrup hərəkətlərində 1, fərdi proqramda 2-ci kateqoriyaya sahib çıxıb.

Səbinə Hacıyeva (fərdi proqram üzrə) 2-ci, Vəfa Bəkərova (qrup hərəkətləri üzrə) isə 3-cü kateqoriyanı əldə edib.