"Qarabağ" üçün 1 yaxşı, 1 pis xəbər - "Braqa" Bakıya bu heyətlə gəlir
Futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində fevralın 22-də Bakıda "Qarabağ"ın qonağı olacaq "Braqa" Azərbaycana yola düşüb.
Mediasport.az xəbər verir ki, Portuqaliya təmsilçisi ölkəmizə 23 futbolçu ilə gəlir.
Uzunmüddətli zədədən sağalan Bruma bu dəfə heyətdə yer alıb, əsas hücumçu Rikardo Orta isə yenə düşərgədən kənar qalıb.
Qapıçılar: Mateus, Tyaqu Sa, Lukas Horniçek;
Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulu Oliveyra, Yusafat Vudinq Mendes, Fransişku Çissumba, Vitor Qomeş, Kristian Borxa;
Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Salazar, Vitor Karvalyu, Pitsi, Joau Moutinyu, Cibril Sumare;
Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Markuş Lopeş, Rocer Fernandeş, Simon Banza.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlanacaq.
Azərbaycan çempionu ilk dueldə qələbə qazanıb - 4:2.