Orxan Məmmədov "Alanyaspor" və "Rubin" rəsmilərilə niyə görüşdü?

Orxan Məmmədov "Alanyaspor" və "Rubin" rəsmilərilə niyə görüşdü?

"Zirə" futbol klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Azərbaycanda səfərdə olan Türkiyənin "Alanyaspor" komandasının prezidenti Həsən Çavuşoğlu və Rusiya təmsilçisi "Rubin"in direktoru Şamil Xusnutdinovla görüşüb.

MediaSport.az xəbər verir ki, hər iki funksionerlə görüşdə futbolla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında yeni layihələr və klubların əməkdaşlıq perspektivləri də müzakirə edilib.