Musa Qurbanlı və Yusif İmanov 100 gənc futbolçu sırasında yer aldı
Azərbaycan milli komandasının üzvləri - İsveçin "Yurqorden" klubunun hücumçusu Musa Qurbanlı və "Sabah"ın qapıçısı Yusif İmanov top-klub üçün ən çox hazır olan 100 gənc futbolçu sırasına düşüb.
Mediasport.az xəbər verir ki, İmanov 49,5 təcrübə göstəricisi ilə 55-cidir, transfer dəyəri 700 min avro göstərilib.
Qurbanlı isə 46 təcrübə göstəricisi ilə 88-ci sırada qərarlaşıb. Forvardın transfer dəyəri 3,6 milyon avro qiymətləndirilib.
Birinci sırada Portuqaliyanın "Benfika" klubundan 102.5 milyon transfer qiyməti ilə Antoniu Silva (79,5 təcrübə) dayanıb. Ukraynanın "Şaxtyor" (Donetsk) klubundan Georgi Sudakov (35,6 milyon avro) ikinci, Braziliyanın "San-Paulu" komandasından Pablo Maiya (17,4 milyon avro) üçüncü olub.
Hər iki oyunçu 64,6 təcrübə göstəricisinə malikdir.