Şahruddin Məhəmmədəliyevin komandasına sərt cəza verildi

 Şahruddin Məhəmmədəliyevin komandasına sərt cəza verildi

FİFA Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor"a ciddi sanskiya tətbiq edib.

Mediasport.az xəbər verir ki, Türkiyə Superliqası təmsilçisinı transfer qadağası qoyulub.

Adana klubu keçmiş baş məşqçisi Patrik Klüyvertə olan 142 min avro borcunu ödəmədiyi üçün bu cəzaya mərzu qalıb.

"Şah"ın komandası qarşıdakı 3 mövsüm "transfer pəncərəsi"ndə heç bir futbolçunu heyətinə qata bilməyəcək.

Xatırladaq ki, niderlandlı mütəxəssis 2023-cü il iyulundan dekabına qədər adanalıların baş məşqçisi olub.