Bakıya gələcək vinger karyerasını ABŞ klubunda davam etdirəcək
AVRO-2024-ün seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi İsveç yığmasının əsas futbolçularından Emil Forsberq karyerasını ABŞ-də davam etdirəcək.
Mediasport.az xəbər verir ki, 2015-ci ildən Almaniyada "Leypsiq"in uğurları üçün çalışan 32 yaşlı vinger "Nyu York Red Bulls" klubu ilə razılaşıb.
2 gün sonra Bakıda meydana çıxacağı gözlənilən təcrübəli vinger MLS təmsilçisi ilə yanvarda müqavilə bağlayacaq.
Qeyd edək ki, Forsberq yığma komandamızla İsveçdə baş tutmuş qarşılaşmada hesabı açmışdı. Millimiz skandinaviyalılara 0:5 hesabı ilə məğlub olmuşdu.
Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq Azərbaycan - İsveç görüşü saat 21:00-da başlanacaq.