"Azərreyl" almanlarla bacarmadı

"Azərreyl" almanlarla bacarmadı

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çağırış Kubokunda mübarizəni erkən başa vurub.

mediasport.az xəbər verir ki, Eldar Yusubovun baş məşqçisi olduğu komanda 1/16 final mərhələsinin cavab matçında da Almaniya təmsilçisi "Zul Türingen"ə məğlub olub - 0:3 (15:25, 17:25, 9:25).

İlk qarşılaşmada meydan sahiblərinə 1:3 uduzan "Azərreyl" turnirlə vaxtından əvvəl vidalaşıb.