Qurban Qurbanov və futbolçular şəhid övladları ilə görüşüb - FOTO

Qurban Qurbanov və futbolçular şəhid övladları ilə görüşüb - FOTO

Azərbaycan Diasporuna Dəstək Fondunun və "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, DİN-in “XƏZRİ” İstirahət və Sağlamlıq Mərkəzinin tərəfdaşlığı ilə keçirilən və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş III “Qardaşlaşmış Qarabağ Məktəbləri” qış düşərgəsinin 3 cü günündə şagirdlər “Qarabağ” FK-nın qonağı olublar.

Mediasport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və futbolçular şagirdləri səmimiyyətlə qarşılayaraq, onlarla xatirə şəkilləri çəkdiriblər.

21-27 dekabr 2023-cü il tarixləri aralığında keçirilən düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş igid qəhrəmanlarımızın övladları iştirak edirlər.