EKSKLÜZİV! "Araz Naxçıvan"da iki əsas çatışmazlıq aradan qaldırıldı, artıq VAR problemi yoxdur

EKSKLÜZİV! "Araz Naxçıvan"da iki əsas çatışmazlıq aradan qaldırıldı, artıq VAR problemi yoxdur

2023/2024-cü illər mövsümündən futbol üzrə Azərbaycan premyer Liqasında çıxış edəcək "Araz Naxçıvan"ın VAR problemi həllini tapıb.

mediasport.az saytına daxil olan məlumata görə, uzun müddətdir məsafə uzaqlığına görə müzakirə olunan məsələnin həllini Peşəkar Futbol Liqası öz üzərinə götürüb.

Birinci Divizionun çempionuna bütün avadanlıqlarla təchiz edilmiş VAR maşını hədiyyə olunub. Naxçıvan şəhər stadionunda VAR hakimləi üçün otaq ayrılıb.

Muxtar Respublika təmsilçisi ilə bağlı digər yenilik stadionun ot örtüyü ilə əlaqəlidir. Arenada artıq ot örtüyünün dəyişdirilməsinə başlanılıb. Türkiyədən sifariş verilmiş ən son növ süni örtüyün döşənməsi prosesini qardaş ölkə şirkəti həyata keçirir. Süni ot örtüyü Niderland istehsalıdır.