Bakıdan "Pünik"ə yollanan forvard Ermənistan klubundan ayrıldı

Bakıdan "Pünik"ə yollanan forvard Ermənistan klubundan ayrıldı

Ötən mövsümün sonunda “Zirə”dən ayrılaraq Ermənistana yollanan Vladislav Kulaç klubsuz qalıb.

Mediasport.az xəbər verir ki, iyulun 7-də "Pünik"lə 1 illik müqavilə bağlayan ukraynalı forvard İrəvan təmsilçisi ilə yollarını ayırıb.

Hücumçunun "Pünik"lə vidalaşmasının səbəbi açıqlanmayıb.

Xatırladaq ki, 31 yaşlı futbolçu ötən mövsüm "Zirə"də 34 oyun keçirib, 5 qolla yadda qalıb.