Azərbaycan futbolunda son 8 mövsümün rekordu təkrarlandı
Azərbaycan 2-ci Liqasının 7-ci turunda "Göygöl" "Füzuli"ni 9 cavabsız qolla məğlub edib.
Mediasport.az xəbər verir ki, beləliklə, Azərbaycan futbolunda cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınıb.
Buna qədər mövsümün rekordu 2-ci Liqanın 2-ci turunun "Şimal" - "Ağdaş" duelində baş vermişdi - 8:0.
9 topluq fərq son 8 mövsümün rekordunun təkrarıdır. Ötən mövsüm 3 belə nəticə qeydə alınıb.
2-ci Liqada "Cəbrayıl" "Kürmük Qax", "Şahdağ Qusar" "Dinamo" ilə görüşdə qonaqların qapısından 9 cavabsız top keçirib.
Əvəzedicilər Liqasında "Qəbələ-2" - "Araz-Naxçıvan-2" ilə səfər matçında eyni hesaba sevinib.
Daha böyük fərq son dəfə 2016/17 mövsümündə təsadüf olunub. "Zaqatala" Birinci Divizionda "Energetik"in qapısından 10 top keçirmişdi.