"Belə səhvlər "Qarabağ"la matçlarda yolverilməzdir" - İsveçli kapitan

"Belə səhvlər "Qarabağ"la matçlarda yolverilməzdir" - İsveçli kapitan

İsveçin "Hekken" klubunun kapitanı Samuel Qustaffson UEFA Avropa Liqasının "Qarabağ"la son tur oyununun ardından Mediasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.


Oyun barədə fikirləriniz necədir?

- Avropa liqasında ilk dəfə çıxış etməyimizə baxmayaraq, bu turnirdən çox şey öyrəndik. Düzdür, bugünkü nəticədən məyusuq, qrupu xalsız başa vurduq. Amma hər oyuna fərdi olaraq yanaşsaq, hər matçın yaddaqalan hekayələri oldu. Düşünürəm ki, biz kollektiv olaraq olduqca yaxşıyıq. Amma fərdi səhvlər edirik, belə səhvlər "Qarabağ"la matçlarda yolverilməzdir. Rəqib sizi istənilən an cəzalandıra bilər. 

İlk qolu erkən buraxmağınız komandada ruh düşkünlüyü yaratdı?

- Əlbəttə, buraxdığımız ilk qol fərdi səhvdən baş verdi. Belə səhvdən sonra geri düşməklə özünə gəlmək, şübhəsiz,  çətin olur. Bizim daha yaxşı performans göstərməyə ehtyyacımız var. 

"Qarabağ"ın növbəti mərhələdə şanslarını necə dəyərləndirirsiz?

- İlk olaraq püşkatmanın nəticələrini görməliyik. Düşünürəm ki, "Qarabağ" yüksək keyfiyyətlərə malik, balanslaşdırılmış komandadır. Əsas olaraq da fərdi baxımdan üstün oynayırlar.

1 ay əvvəl də Bakıda idiz. Atmosfer barədə fikirləriniz necədir, bu stadiondan hansı təəssüratlarla ayrılırsız?

- Bəli, ötən ay İsveç millisinin heyətində bu stadionda olmuşdum. Budəfəki atmosfer möhtəşəm idi. Komandanın növbəti mərhələyə çıxması üçün fanatlar da öz bacarıqlarını göstərdilər. "Qarabağ"ı təbrik edirəm.


Tarverdi