"Qəbələ"nin ÇL oyununun inspektoru Asim Xudiyev olacaq

"Qəbələ"nin ÇL oyununun inspektoru Asim Xudiyev olacaq

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Azərbaycandakı avrokubok oyununa təyinat alıb.

Mediasport.az xəbər verir ki, o, “Qəbələ”nin UEFA Gənclər Liqasının I mərhələsində Macarıstanın “Puşkas Akademiyası”na qarşı keçirəcəyi oyununun hakim-inspektoru olacaq.

Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 16:00-da başlayacaq.