Lunyov narazıdır: "Başqaları bəlkə də penaltini qaytarır, amma mən..."

 Lunyov narazıdır: "Başqaları bəlkə də penaltini qaytarır, amma mən..."

"Düzünü desəm, penaltilər zamanı qapıçının xəttin üzərində dayanması hücumçuların xeyrinədir".

Mediasport.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında bildirib.

32 yaşlı çərçivə qoruyucusu 11 metrlik cərimə zərbəsi ilə dəyişiklik edilməsini dilə gətirib:

"Kimsə deyirdi ki, zərbə zamanı irəliyə doğru addım atmaq mümkün olsaydı və ya cüzi tullanmaya icazə verilsəydi, az-çox normal olardı. Bunu özüm üçün deyirəm. Başqaları bəlkə də penalti zərbələrini qaytarır, amma mən bu günə qədər nadir hallarda bunu etmişəm. Ona görə də sözügedən qaydanı dəyişmək olar".

Xatırladaq ki, Andrey ötən ilin avqustundan "köhlən atlar"ın uğurları üçün çalışır.