Vüsal İsgəndərli Albaniya klubunun heyətində ilk qolunu vurdu

Vüsal İsgəndərli Albaniya klubunun heyətində ilk qolunu vurdu

Albaniya çempionatında 2-ci turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" səfərdə "Kukesi" ilə qarşılaşıb. Matç qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

27 yaşlı yarımmüdafiəçi 90 dəqiqə oynayıb və 58-ci dəqiqədə komandasının sonuncu qolunu vurub.

2 turdan sonra aktivində 3 xal olan "Eqnatia" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.