Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Futbol Günü elan etdi
BMT Baş Assambleyası 25 May tarixini Ümumdünya Futbol Günü elan edib.
Mediasport.az xəbər verir ki, bu barədə təşkilat rəsmi açıqlama yayıb.
Qətnamə quruma üzv olan 70-dən çox dövlət tərəfindən dəstəklənib.
Bu tarix bütün region yığmalarının iştirakı ilə baş tutan ilk futbol final matçının 100 illiyi şərəfinə seçilib.
Paris-1924 Yay Olimpiya Oyunlarına təsadüf edən həlledici oyunda Uruqvay və İsveçrə komandaları qarşılaşıblar.
Görüş cənubi amerikalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.