Boksçumuz İspaniyadakı DÇ-də ikinci qələbəsini qazandı - Alikante-2022

Boksçumuz İspaniyadakı DÇ-də ikinci qələbəsini qazandı - Alikante-2022

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında Dünya çempionatı davam edir.

mediasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Sənan Hətəmov (67 kq) mundialda ikinci döyüşünü də qələbə ilə başa vurub.

İlk görüşdə Neri Kanavirini (Boliviya) mübarizədən kənarlaşdıran boksçumuz 1/16 final çərçivəsində kanadalı Yakub Blaislə üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda qazaxıstanlı Nurbek Mursalla üz-üzə gələcək.

DÇ-də 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçu mübarizə aparır. Qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.