"Braqa"da 1 ayrılıq, daha 1 zədə - O da "Qarabağ"a qarşı oynamayacaq

  "Braqa"da 1 ayrılıq, daha 1 zədə - O da "Qarabağ"a qarşı oynamayacaq

"Braqa"nın daha bir futbolçusu Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la matçını buraxacaq.

Mediasport.az xəbər verir ki, sol cinah müdafiəçisi Adrian Marin həm ilk, həm də cavab matçında komandasına kömək edə bilməyəcək.

İspaniyalı 14 yanvarda "Portu" ilə görüşdə (0:2) zədələnib. Həkimlərin açıqlamasına görə, o, ancaq 4 həftədən sonra kollektivlə birgə olacaq.

Buna qədər "Braqa"nın yarımmüdafiəçisi Brumanın da zədə səbəbindən Azərbaycan çempionu ilə görüşləri buraxacağı haqda xəbər vermişdik.

Portuqaliya təmsilçisi "köhlən atlar"la matçqabağı Andre Lakximikantla vidalaşıb. 22 yaşlı vinger karyerasını "Kasa Pia"da davam etdirəcək.

Xatırladaq ki, "Qarabağ" "Braqa" ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də Bakıda keçirəcək.