Bu axşam Asiya Kuboku başlanır: Son çempion Livanla üz-üzə

Bu axşam Asiya Kuboku başlanır: Son çempion Livanla üz-üzə

Bu gün Qətərdə 18-ci Asiya Kuboku yarışının final mərhələsi start götürəcək.

Mediasport.az xəbər verir ki, 24 milli komandanın yarışacağı turnirin birinci oyun günündə 1 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Asiya Kuboku 2024-cü il yanvarın 12-dən fevralın 10-na qədər davam edəcək.

Qeyd edək ki, turnir Çində keçirilməli olsa da, ev sahibi 2022-ci ildə pandemiya səbəbindən imtina etmişdi.

Yarışın son qalibi məhz Qətər millisidir.


Asiya Kuboku. A qrupu


20:00 Qətər - Livan