"Yalnız bundan sonra çempionatda komanda sayı çoxala bilər" - AFFA İK-nın üzvü Qurban Qurbanov
"Hətta Premyer Liqada çıxış edən bəzi klubların problemləri var. Düşündüyümüz məsələlərin hamısını birdən icra etmək mümkün deyil".
Mediasport.az xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov deyib.
Bu gün baş tutan İK-nın 4 saatlıq növbəti konfransından sonra jurnalistlərə açıqlama verən "Qarabağ"ın baş məşqçisi toplantıda müzakirə olunan məsələlər barədə danışıb:
"Futbolumuzun gələcək planları ilə bağlı uzun söhbətlərimiz oldu. Daha çox nələrə diqqət ayrılmalıdır, bu barədə müzakirələr getdi. "Klubların hazırkı şəraiti, infrasturktur nəzərə alınaraq komanda sayının artırılmamasına qərar verildi. Gələcək illərdə klubların sturkturlarının daha da yaxşılaşdırlıması yönündə məsələləri müzakirə etdik.
Görünən odur ki, gələcəkdə komandaların sturkturlarının yaxşılaşdırılması AFFA tərəfindən ediləcək. Bütün qərarlar dövlət səviyyəsində qəbul olunacaq. Yalnız bundan sonra çempionatda komanda sayı çoxala bilər. Hətta, iclasda Premyer Liqada komanda sayının Avropanın aparıcı çempionatlarında iştirak edən klubların sayı qədər artırıla biləcəyi mövzusundan danışıldı".
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan Premyer Liqasında komanda sayının artırılmaması barədə qərar verilib. 2024/2025-ci illər mövsümündə də Elitada 10 komanda yarışacaq.
Legioner limiti əvvəlki qaydada, 7+4 (7 əcnəbi+4 yerli) olaraq qalıb. Lakin limit 2025/2026-cı illər mövsümündə 8+3 olacaq.
Premyer Liqada sonuncu yeri tutan “Qəbələ”nin isə yeni mövsümdən 1-ci Liqada çıxış edəcəyi dəqiqləşib.