Azərbaycan klubu türkiyəli məşqçi ilə 3 illik müqavilə bağladı - RƏSMİ

Azərbaycan klubu türkiyəli məşqçi ilə 3 illik müqavilə bağladı - RƏSMİ

Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan "Füzuli"nin yeni baş məşqçisi açıqlanıb.

Mediasport.az xəbər verir ki, Qarabağ klubunu türkiyəli mütəxəssis İbrahim Uzunca çalışdıracaq.

UEFA PRO kateqoriyalı məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2011-ci ildən etibarən fasilələrlə "Lokomotiv Biləcəri", "Bakı", "Şahdağ" (Quba) və "Xan Lənkəran" klublarında fəaliyyət göstərib.

Türkiyədə isə "Adana Dəmirspor", "Kayseri Ərciyəsspor", "Pozantı Gənclik", "Kadirli Dəmir" və "Osmaniyəspor" klublarının baş məşqçisi postunda çalışıb.