Cənubi Azərbaycan klubu Xuzistanda inamlı qələbə qazanıb

 Cənubi Azərbaycan klubu Xuzistanda inamlı qələbə qazanıb

Futbol üzrə İran çempionatında 26-cı turun görüşləri keçirilib.

Mediasport.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu Xuzistanda "Fulad"ın qonağı olub.

Hər hissədə 1 qol vuran Təbriz təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Xal ehtiyatını 44-ə çatdıran "al qurdlar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıblar.

Lider "İstiqlal"ın 57 xalı var.