"Səbirsizliklə daha böyük nailiyyətlər gözləyirik" - Yankoviç

"Səbirsizliklə daha böyük nailiyyətlər gözləyirik" - Yankoviç

“Gözəl mövsümü və klubumuzun tarixində əbədi olaraq qalacaq bir çox unudulmaz anları geridə qoyduq. Amma bütün bunlar artıq geridə qaldı, indi gələcəyi düşünürük".

Mediasport.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın futbolçusu Marko Yankoviçə məxsusdur.

Ağdam klubunun vingeri sosial şəbəkə hesabında paylaşım edib.

Monteneqrolu legioner geridə qalan mövsüm haqqında düşüncələrini bölüşüb:

"Səbirsizliklə daha böyük nailiyyətlər gözləyirik. Bu uzun səyahətin bir parçası olan klubdakı bütün insanlara, komanda yoldaşlarıma, ailələrimizə və azarkeşlərə təşəkkür edirəm".