"Kəpəz" "balacalara dərs keçdi"

"Kəpəz" "balacalara dərs keçdi"

Yeni mövsümün hazırlığını davam etdirən "Kəpəz" yoxlama oyununda əvəzedicilərlə qarşılaşıb.

MediaSport.az xəbər verir ki, Gəncə şəhər stadionunun yardımçı meydançasında baş tutan matç Azər Məmmədovun komandasının 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Elnur Cəfərov və Bəxtiyar Həsənalızadə vurub.