"Çox ümidliyəm, klubuma inanıram"

"Çox ümidliyəm, klubuma inanıram"

"Qarabağ"ın prezidenti Tahir Gözəl "Report"a açıqlamasında UEFA Avropa Liqasının 5-ci turunun "Olimpik"lə (Lion) oyunu haqda danışıb.

Mediasport.az xəbər verir ki, klub rəsmisi Fransa Liqa 1 klubunun Bakıda işinin çətin olacağını söyləyib:

"Çox ümidliyəm. Klubuma inanıram. Son matçdan əvvəl demişdim ki, "Qarabağ" yaxşı formadadır. Sonuncu qarşılaşmada da bunu sübut etdik. Önümüzdə fürsət var".

Xatırladaq ki, Avroliqanın əsas mərhələsinin 5-ci turunun "Qarabağ" - "Olimpik" (Lion) dueli noyabrın 28-də təşkil olunacaq.