ACF Hertfordşir Universiteti ilə Anlaşma Memorandumu imzaladı

ACF Hertfordşir Universiteti ilə Anlaşma Memorandumu imzaladı

Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında cüdo təhsilinin inkişafını hədəfləyən Anlaşma Memorandumu imzalanıb.

Mediasport.az xəbər verir ki, əməkdaşlıq sayəsində Azərbaycan İdman Akademiyasında cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün müasir tələblərə uyğun təhsil proqramının hazırlanması və tətbiq edilməsi təmin ediləcək.

Nəticədə, ölkədə cüdo təhsilinin keyfiyyətinin yüksəldilməsinə, məşqçilik sahəsində daha yüksək standartların təmin edilməsinə nail olunacaq.

İmzalanma mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və digər rəsmi şəxslər iştirak ediblər.