Paralimpiya çempionumuz Almaniyada gümüş medal qazanıb

Paralimpiya çempionumuz Almaniyada gümüş medal qazanıb

Almaniyanın Heydelberq şəhərində keçirilən reytinq xarakterli turnirdə Azərbaycan paracüdoçusu Vüqar Şirinli gümüş medal qazanıb.

Meidasport.az xəbər verir ki, "Qran-pri"də 60 kq çəki dərəcəsində J2 kateqoriyasında mübarizə aparan idmançımız ikinci yeri tutub.

O, Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının qalibidir.