Daha bir milli komandanın baş məşqçisi istefa verib
Afrika Millətlər Kubokunda növbəti baş məşqçi ayrılığı yaşanıb.
Mediasport.az xəbər verir ki, Tunis milli komandasının çalışdırıcısı Jalel Kadri uğursuz çıxış etdiklərinə görə istefa verib.
O, mətbuat konfransında yığmadakı missiyasının başa çatdığını açıqlayıb.
Tunis E qrupunu 2 xalla sonuncu pillədə başa vurub.
Komanda Kadrinin rəhbərliyi altında 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında da iştirak edib.
Buna qədər Qana, Fil Dişi Sahili və Əlcəzair yığmalarının çalışdırıcıları istefaya göndərilib.