Afrika Millətlər Kuboku: Daha iki yığma baş məşqçisi ilə vidalaşıb

Afrika Millətlər Kuboku: Daha iki yığma baş məşqçisi ilə vidalaşıb

Fil Dişi Sahili və Əlcəzair milliləri baş məşqçilərini istefaya göndəriblər.

Mediasport.az xəbər verir ki, buna komandaların Afrika Millətlər Kubokunda zəif nəticələr göstərməsi səbəb olub.

Jan-Lui Qasse 2022-ci ilin mayından Fil Dişi Sahili millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda 2024-cü il Afrika Millətlər Kubokunda 3 xal toplayıb və A qrupunda 3-cü olub.

Yığma hələ də 3-cü yeri tutan komandaların reytinqi sayəsində turnirin pley-off mərhələsinə yüksələ bilər.

Camal Belmadi isə Əlcəzair yığmasını qrupdan çıxara bilmədiyi üçün yollar ayrılıb.

Buna qədər Qana milli komandasının baş məşqçisi Kris Hyüton da istefaya göndərilmişdi.