"Həyat yoldaşımla məsləhətləşib "Sabah"a gəlmək qərarı verdim"
"Sabah" Azərbaycan Basketbol Liqasının 13-cü turunda "Sərhədçi"ni məğlub edib (96:71).
Mediasport.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis görüşdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Məşqçi karyeramda böyük fasilə yaranmışdı. Həyat yoldaşımla məsləhətləşib "Sabah"a gəlmək qərarı verdim. Bakı bu illər ərzində çox dəyişib. Basketbol da inkişaf edib. İndi hər klubda 6-7 legioner basketbolçu var. 18 il əvvəl vəziyyət belə deyildi. Həmçinin, yerlilər də çox artırıblar. Bir sözlə, Azərbaycan basketbolunda müsbətə doğru çox dəyişiklik var. Bu da məni çox sevindirir".