İngiltərə millisinin Qətər mundialı üçün - YEKUN HEYƏTİ

İngiltərə millisinin Qətər mundialı üçün -  YEKUN HEYƏTİ

İngiltərə millisinin Dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

mediasport.az xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt Qətərdə keçiriləcək mundialda aşağıdakı futbolçuların xidmətindən yararlanacaq.

Qapıçılar: Cordan Pikford ("Everton"), Nik Poup ("Nyukasl"), Aaron Ramsdeyl ("Arsenal")

Müdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul"), Lyuk Şou, Harri Maquayr (hər ikisi "Mançester Yunayted"), Kiran Tripyer ("Nyukasl"), Con Stounz, Kayl Uolker (hər ikisi "Mançester Siti"), Konor Kodi ("Everton"), Erik Dayer ("Tottenhem"), Ben Uayt ("Arsenal")

Yarımmüdafiəçilər: Cud Bellingem ("Borussiya" Dortmund, Almaniya), Meyson Maunt, Rəhim Sterlinq, Konor Qallaher (hamısı "Çelsi"), Kelvin Fillips, Cek Qriliş, Fil Foden (hamısı "Mançester Siti"), Cordan Henderson ("Liverpul"), Deklan Rays ("Vest Hem"), Bukayo Saka ("Arsenal"), Ceyms Maddison ("Lester")

Hücumçular: Markus Rəşford ("Mançester Yunayted"), Harri Keyn ("Tottenhem"), Kallum Uilson ("Nyukasl")

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İngiltərə B qrupunda ABŞ, İran və Uels yığmaları ilə mübarizə aparacaq.