Diniyev 4 qolla başladı, "Səbail" polyaklara məğlub olmadı - VİDEO

Diniyev 4 qolla başladı, "Səbail" polyaklara məğlub olmadı - VİDEO

Antalyada təlim-məşq toplanışında olan "Səbail" ilk yoxlama oyununu keçirib.

mediasport.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Polşa təmsilçisi "Legiya" ilə üz-üzə gəlib.

2:2 hesabı ilə başa çatan qarşılaşmada "Səbail"in heyətində Qustavo de Fransa və Mirabdulla Abbasov fərqlənib.

Bayıl klubu hazırlıq çərçivəsində yanvarın 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) görüşəcək.