Diniyevlə Bəxtiyarın komandası növbəti görüşlərinə çıxacaq
Türkiyə 1-ci Liqasında 15-ci tura bu gün start veriləcək.
Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu – Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" "Bodrumspor"un qonağı olacaq.
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin komandası "Ümraniyəspor" isə evdə "Keçiörəngücü"nü qəbul edəcək. Matçlar müvafiq olaraq, 14:30 və 17:00-da start götürəcək.
Türkiyə 1-ci Liqası. 15-ci tur
14:30 "Bodrumspor" - "Tuzlaspor"
14:30 "Bandırmaspor" - "Kocaelispor"
17:00 "Ümraniyəspor" - "Keçiörəngücü"
20:00 "Sakaryaspor" - "Giresunspor"