Premyer Liqa başlandı: "Mançester Siti" səfərdə debütanta rəhm etmədi

Premyer Liqa başlandı: "Mançester Siti" səfərdə debütanta rəhm etmədi

İngiltərə Premyer Liqasında 2023/2024-cü illər mövsümünə start verilib.

mediasport.az xəbər verir ki, liqa hazırkı çempion "Mançester Siti"nin səfər qələbəsi ilə başlanıb.

Xosep Qvardiolanın rəhbərlik etdiyi "şəhərlilər" Premyer Liqaya yenidən yüksəlmiş "Börnli"yə rəhm etməyiblər - 3:0. Mançester klubunun qollarını bombardir Erlin Haalandla (2) Rodri vurublar.