Çempionlar Liqası: "Borussiya" finalın biraddımlığında - VİDEO

Çempionlar Liqası: "Borussiya" finalın biraddımlığında - VİDEO

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Mediasport.az xəbər verir ki, raundun ikinci cütünün növbəti dueli də Almaniyada reallaşıb.

Ölkənin digər təmsilçisi Dortmund "Borussiya"sı PSJ üzərində minimal hesablı qələbəyə sevinib.

Cavab matçı mayın 7-də baş tutacaq.

Yarımfinalın digər görüşündə "Bavariya" Madrid "Real"ı ilə bərabərə qalıb - 2:2.

Bu cütün cavab matçı mayın 8-də İspaniyada olacaq.


UEFA Çempionlar Liqası. Yarımfinal. İlk oyun


23:00 "Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa) 1:0

Qol: Niklas Füllkruq, 36.

Baş hakim: Entoni Teylor (İngiltərə).

Almaniya, Dortmund, "Siqnal İduna Park" stadionu.